20 il həbsdə olan şəxs yenidən cinayət törətdi - FOTO

   20 il həbsdə olan şəxs yenidən cinayət törətdi -    FOTO
  21 Oktyabr 2019    Oxunub:2393
Oktyabrın 16-da Quba rayonu Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib.



Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.
Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib. Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti