Kibertəhlükəsizliyə dair təlim təşkil olunub

Kibertəhlükəsizliyə dair təlim təşkil olunub
  21 Oktyabr 2019    Oxunub:1742
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün IT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, təlimin məqsədi qurumlarda kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır. Tədbir iştirakçılarına dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib. Daha sonra “Kibertəhlükəsizliyin əsasları”, “İnformasiya təhlükəsizliyi standartları”, “İnformasiya təhlükəsizliyi: texnologiya və həllər”, “Kibertəhlükəsizlik trendləri” mövzuları üzrə iştirakçılara təlim keçirilib.

Qeyd edək ki, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə informasiya və kibertəhlükəsizlik üzrə mütəmadi əsaslarla təlimlər keçirilir. Mütəxəssislərin hazırlanması məqsədilə növbəti təlim IT təhlükəsizliyin əsasları (CompTİA security+) mövzusunda olacaq.

Azvision.az


Teqlər: Kibertəhlükəsizlik   NRYTN  





Xəbər lenti