Sabirabad və Xaçmazda qaz olmayacaq

Sabirabad və Xaçmazda qaz olmayacaq
  21 Oktyabr 2019    Oxunub:1929
Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən H.Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək.

Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.


Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti