Builki yarmarkada 102 ton bal satılıb

Builki yarmarkada 102 ton bal satılıb
  21 Oktyabr 2019    Oxunub:2547
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb.
Azvision.az -ın məlumatına görə, Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, builki yarmarkada ölkəmizin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib.

"Yarmarkada iştirak edən arıçılara satışa hər arı ailəsi üzrə 10 kq olmaqla, maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.

Xatırladaq ki, builki yarmarka öz innovativliyi ilə də ötən ilkilərdən fərqlənib. Belə ki, yarmarkaya qeydiyyat 6-11 sentyabr tarixlərində, tamamilə onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Balların qəbulu prosesi isə ATT-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında aparılıb. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb".



L.Məmmədovanın sözlərin görə, ümumilikdə, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. AQTA tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində ümumilikdə 109,7 ton arıçılıq məhsulunun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bal   Yarmarka  





Xəbər lenti