Bal alanlar arasında maraqlı sorğu keçirilib

Bal alanlar arasında maraqlı sorğu keçirilib
  21 Oktyabr 2019    Oxunub:1680
Bakıda keçirilən bal yarmarkasına gələn alıcıların məmnunluğunu öyrənmək üçün 2475 respondent arasında sorğu keçirilib.
Azvision.az xəbər verir ki, Aqrar Tədarük və Təchizat ASC-nin Data analitik mərkəzinin bölmə rəhbəri Fidan Cabbarlının sözlərinə görə, sorğuda iştirak edənlərin 28 faizi yarmarkada ilk dəfə iştirak edib. Respondentlərin 1700-dən çoxu Kütləvi İnformasiya Vasitələrindən məlumat alaraq yarmarkaya gəlib.

"Sorğuya əsasən, ən çox alış edən alıcılar işləyən kateqoriyaya aiddir. 2-ci kateqoriyada isə təqaüdçülərdir. Bal alanlar əsasən 46-56 yaş arasında və 56 yaşdan yuxarı olan insanlardır. Sorğunun nəticələri göstərir ki, 747 alıcı 25-50 manat, 744 nəfər 50-100 manat, 100-150 nəfər isə 360 manat dəyərində bal məhsulu alıb. Ümumulikdə, respondentlərin 87 faizi yarmarkadan razı qalıb. Sorğuda iştirak edən alıcıların 2396 nəfəri yarmarkanın qiymətləndirilməsinə 5 bal üzərindən 5 bal verib, geridə qalan 73 nəfər 4 bal, 1 nəfər isə 2 bal verib".

Qeyd edilib ki, sorğuda iştirak edən respondentlərin 60 faizdən çoxu cökə balı alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti