Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı -    FOTO
  21 Oktyabr 2019    Oxunub:1657
Cəlilabad rayonunda avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü, Qaradağ rayon sakini Orxan Verdiyev tutulub.

Araşdırma zamanı onun “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub.

Qeyd edək ki, sürücününü yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti