Qadın piyadanı öldürüb qaçan sürücü tutuldu

Qadın piyadanı öldürüb qaçan sürücü tutuldu
  22 Oktyabr 2019    Oxunub:1890
Sabirabad rayonunda qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti