Prezident Lənkərana pul ayırdı - Sərəncam

 Prezident Lənkərana pul ayırdı -  Sərəncam
  22 Oktyabr 2019    Oxunub:2189
Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti