4 nəfəri aldadıb 43 min manat aldı

4 nəfəri aldadıb 43 min manat aldı
  23 Oktyabr 2019    Oxunub:2113
Quba Rayon Polis Şöbəsinə şəhər sakinləri olan 3 nəfəri aldadaraq dələduzluq yolu ilə onların ümumilikdə 41500 manatlarının alınması barədə daxil olmuş məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dələduzluğu törətməkdə şübhəli bilinən İ.Xuraminicatın ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir qadını aldadaraq 1542 manatını alması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Dələduz  





Xəbər lenti