Bir gündə 3 piyada qəzada ölüb

  23 Oktyabr 2019    Oxunub : 1598
Bir gündə 3 piyada qəzada ölüb
Oktyabrın 22-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Gəncə şəhər sakini İ.Abbasov idarə etdiyi “DAF” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər hadisə oktyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, oktyabrın 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini V.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Gülməhəmməd Ərzimanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN