Xəzərdə itən balıqçının axtarışları davam edir

  23 Oktyabr 2019    Oxunub : 1513
Xəzərdə itən balıqçının axtarışları davam edir
Balıq tutmaq məqsədilə Bakı şəhərinin Pirallahı rayonundan dənizə çıxan və itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az-a verilən məlumata görə, hazırda nazirliyin Aviasiya dəstəsinin bir helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN