Naxçıvanda sahibkarlara 20 milyondan çox kredit verilib

  24 Oktyabr 2019    Oxunub : 653
Naxçıvanda sahibkarlara 20 milyondan çox kredit verilib
2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 20 milyon 386 min 400 manat kredit verilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, kreditin 8 milyon 339 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 12 milyon 46 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 29 hüquqi və 2881 fiziki şəxs qeydiyyata alınıb.

Bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

Azvision.az

Teqlər: Naxçıvan   Sahibkar   Kredit