Naxçıvanda orta aylıq əməkhaqqı artıb

  24 Oktyabr 2019    Oxunub : 744
 Naxçıvanda orta aylıq əməkhaqqı artıb
2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada orta aylıq əməkhaqqının məbləği 456,2 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 6,1 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Azvision.az

Teqlər: Naxçıvan   Əməkhaqqı