Azərbaycanda bank işçilərinin sayı artıb
Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub. Bank sektorunun işçi heyətinin sayında artım sentyabr ayında da davam edib. Belə ki, 2019-cu ilin 9 ayı ərzində işçi sayı 8.6% (1496 nəfər) artaraq 18,911 nəfər təşkil edib.
Azvision.az
Teqlər: Bank