Nardaran sakini avtomatını polisə verib

  24 Oktyabr 2019    Oxunub : 873
Nardaran sakini avtomatını polisə verib
Nardaran sakini silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib.

Azvision.az

Teqlər: DİN