“Strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb” - Elman Rüstəmov

“Strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb” -  Elman Rüstəmov
  25 Oktyabr 2019    Oxunub:2695
"İlin əvvəlindən kredit qoyuluşları 9,4 faiz, ev təsərrüfatlarına verilən kredit qoyuluşları 13 faiz, hüquq şəxslərə verilən kreditlər 6,3 faiz artıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. Baş bankir bildirib ki, dollarlaşma meylində azalma müşahidə edilir:

"Fiziki şəxslərin manat əmanətləri cari ilin 9 ayında 21,3 faiz artıb. Cari ilin 9 ayında iqtisadi artım 2,5 faiz olub, o cümlədən qeyri-neft sektorunda artım 3,5 faiz təşkil edib. İstehlak mallarının idxalı 15 faiz, istifadə mallarının idxalı 19 faiz artıb. Son aylar neftin dünya qiyməti azalmağa doğru meyil etsə də, 9 ay üzrə orta qiymət 64,9 dollar təşkil edib. Cari ilin 9 ayında ixrac 4,1 faiz, qeyri-neft ixraçı 17 faiz artıb".

E.Rüstəmov qeyd edib ki, valyuta bazarında təklifin tələbi üstələməsi valyuta ehtiyatlarının artması üçün şərait yaradıb.

"İlin ötən dövrü üzrə valyuta bazarında təxminən 940 milyon dollar dəyərində profisit var. O cümlədən, Dövlət Neft Fondunun valyuta satışları qrafikdən 548 milyon dollar geri qalmaqdadır. Mərkəzi Bank valyuta bazarından 391 milyon dollar vəsait alıb. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən artıb və 50 milyard dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 9 faiz artaraq 6,1 milyard dollar təşkil edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: ElmanRüstəmov   MərkəziBank  





Xəbər lenti