Maşından pul və qızıl oğurlayan ələ keçdi

Maşından pul və qızıl oğurlayan ələ keçdi
  28 Oktyabr 2019    Oxunub:1757
Bakıda maşından oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən içərisində 700 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Əzimov saxlanılıb.

Azvision.az




Teqlər: Avtomobil   Oğurluq  





Xəbər lenti