Azərbaycana bir ayda 4213 maşın gətirilib

  28 Oktyabr 2019    Oxunub : 633
Azərbaycana bir ayda 4213 maşın gətirilib
Sentyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4213 olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 125-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3737-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 335-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az

Teqlər: DGK   Maşın