Şəmkirdə yol qəzası ölümlə nəticələndi

Şəmkirdə yol qəzası ölümlə nəticələndi
  30 Oktyabr 2019    Oxunub:1462
Şəmkir rayonu ərazisində “VAZ" markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza   Maşın   Şəmkir  





Xəbər lenti