Qadın işlədiyi idman kompleksindən oğurluq edib

Qadın işlədiyi idman kompleksindən oğurluq edib
  31 Oktyabr 2019    Oxunub:1546
Beyləqan şəhəri ərazisindəki idman kompekslərinin birində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisindəki idman kompekslərinin birində Bakı şəhər sakini T.Şərifovun çantasından 940 manat oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən rayonun Qəhrəmanlı kənd sakini R.Novruzova saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Qadın   Beyləqan  





Xəbər lenti