Bakı Limanında yükaşırmaların həcmi artıb
Keçən ilin müvafiq dövrünə nisbətən iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 64% artaraq 24,790 ədəd olub. Belə ki, bunlardan 18,642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6,148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edibdir.
Konteynerlərin aşırılmasında 43,5% artım müşahidə olunub. Belə ki, 2019-cu ilin 9 ayı ərzində 24,305 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb (2018-ci ildə 16,940 TEU olub). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı isə 90% artaraq 2,610 ədəd təşkil edib.
Bərə terminalında vaqon aşırılması 12% artaraq 35,510 ədədə çatmış və keçən ilin müvafiq dövründə isə say 31,688 ədəd vaqon olub. Bunlardan 16,039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19,429 (54,7%) Bakı-Türkmənbaşı- Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
9 ay ərzində 34,425 sərnişin yeni Bakı Limanının xidmətlərindən istifadə edib.
Azvision.az