Bakıda elektrik enerjisi istehsalı artıb

  31 Oktyabr 2019    Oxunub : 646
Bakıda elektrik enerjisi istehsalı artıb
Cari ilin yanvar-sentyabr aylarında paytaxtda 3 milyard 485,1 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə elektrik enerjisinin istehsalı ötən ilin 9 ayı ilə müqayisədə 2,5 faiz artıb.

Azvision.az

Teqlər: Elektrikenerjisi