Paytaxtda benzin istehsalı artıb

  31 Oktyabr 2019    Oxunub : 928
Paytaxtda benzin istehsalı artıb
Yanvar-sentyabr aylarında paytaxtda avtomobil benzininin istehsalı artıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 401,5 milyon manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə sabit qiymətlərlə 1 faiz azalıb.

Neft məhsullarından ağ neftin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı azalıb. Avtomobil benzininin, yanacaq mazutunun, neft-kimya sənayesində istifadə üçün benzinin və dizel yanacağının istehsalı isə artıb.

Azvision.az

Teqlər: Benzin   Statistika