Ölkəyə qanunsuz telefon gətirmək cəhdi alınmadı

  01 Noyabr 2019    Oxunub : 902
Ölkəyə qanunsuz telefon gətirmək cəhdi alınmadı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal" buraxılış sistemindən istifadə edərək əşyalarını rentgen aparatından keçirdikdən sonra saxlanılaraq yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı üzərindəki köynəyin sol və sağ qollarının altından, hər birində 2 ədəd olmaqla sellofan paketə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro 256 GB" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Gömrük   Telefon