Goranboyda ağır yol qəzası baş verib

Goranboyda ağır yol qəzası baş verib
  01 Noyabr 2019    Oxunub:2203
Goranboy rayonunda "KamAZ" markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti