Ağcabədidə yük avtomobili ağaca çırpılıb

  02 Noyabr 2019    Oxunub : 851
Ağcabədidə yük avtomobili ağaca çırpılıb
Ağcabədi rayonunun Hacıbədəlli kəndində “Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza   Maşın