Bu il insan alveri ilə bağlı 191 cinayətin üstü açılıb

 Bu il insan alveri ilə bağlı 191 cinayətin üstü açılıb
  02 Noyabr 2019    Oxunub:3362
2019-cu ilin birinci yarısında fahişəliyə cəlb etməyə görə 32, əxlaqsızlıq yuvaları saxlamağa görə 11 cinayət hadisəsi qeydə alınıb.

Bu barədə Azvision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin 6 ayında fahişəliyə cəlb etməyə görə cinayət törətmiş 6 nəfər, əxlaqsızlıq yuvaları saxlamağa görə cinayət törətmiş 4 nəfər saxlanılıb.

2019-cu ilin birinci yarısında insan alveri ilə bağlı 191 cinayətin üstü açılıb. Onlardan 148-i cari ilin birinci yarısında qeydə alınanlar, digərləri isə əvvəlki illərdən qalan cinayətlər olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: DSK   Cinayət  





Xəbər lenti