47 yaşlı kişi “Opel”in altında qalaraq öldü

  02 Noyabr 2019    Oxunub : 854
47 yaşlı kişi “Opel”in altında qalaraq öldü
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN