Bərdədə 6, Masallıda 3 otaqlı ev yanıb

  02 Noyabr 2019    Oxunub : 542
Bərdədə 6, Masallıda 3 otaqlı ev yanıb
Bərdə rayonunun Mollalı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Qızılağac kəndində isə ümumi sahəsi 76 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı və dam örtüyü 40 m² sahədə yanıb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Masallı