Bakıda ev yanıb, bir nəfər xəsarət alıb

  03 Noyabr 2019    Oxunub : 489
Bakıda ev yanıb, bir nəfər xəsarət alıb
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Mənzil