Bakıda 7 nəfər liftdə qalıb, 2-si azyaşlıdır

Bakıda 7 nəfər liftdə qalıb, 2-si azyaşlıdır
  04 Noyabr 2019    Oxunub:1273
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Lift  





Xəbər lenti