Səbaildə "Mitsubishi", Göyçayda "VAZ" yanıb

Səbaildə "Mitsubishi", Göyçayda "VAZ" yanıb
  04 Noyabr 2019    Oxunub:1482
Bakı şəhərinin Səbail rayonunda "Mitsubishi" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Göyçay rayonunun Qaraman kəndində isə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN   Maşın  



Xəbər lenti