Mərkəzi Bank 100 milyon manat cəlb edib

  04 Noyabr 2019    Oxunub : 397
Mərkəzi Bank 100 milyon manat cəlb edib
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, noyabrın 4-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 558,7 milyon manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Nəticədə hərrac zamanı Mərkəzi Bank 100 milyon manat vəsait cəlb edib.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Depozit   Hərrac