Sumqayıtdakı qəzada 2 nəfər ölüb, 6 yaralı var

  04 Noyabr 2019    Oxunub : 613
 Sumqayıtdakı qəzada 2 nəfər ölüb, 6 yaralı var
Noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza