Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
  04 Noyabr 2019    Oxunub:1281
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nın valyuta ehtiyatları noyabrın 1-nə 6 milyard 144,7 milyon ABŞ dolları olub. Bu göstərici oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar, ilin əvvəli ilə müqayisədə 519 milyon dollar çoxdur.

2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib.

Azvision.az


Teqlər: Manat  





Xəbər lenti