Bakıda iki avtobus toqquşub - Yaralılar var

   Bakıda iki avtobus toqquşub -    Yaralılar var
  05 Noyabr 2019    Oxunub:2161
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, "90-RA-864" dövlət nömrə nişanlı 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

Azvision.az



Teqlər: Avtobus   Qəza  





Xəbər lenti