Polis özünü dənizə atan kişini xilas etdi

Polis özünü dənizə atan kişini xilas etdi
  05 Noyabr 2019    Oxunub:1458
Noyabrın 4-də saat 16 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti