Bakıda oğurlanan maşın 20 gün sonra tapıldı

  05 Noyabr 2019    Oxunub : 825
Bakıda oğurlanan maşın 20 gün sonra tapıldı
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan A.Əlimərdanovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 16-na keçən gecə Cavadxan küçəsindəki evlərdən birinin qarşısından İ.Abdullayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib.

Avtomobil oktyabrın 16-da M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində tapılıb.

Azvision.az

Teqlər: DİN