Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanılıb.
Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Azvision.az