Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiya Federasiyasında sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən, "Zobu" ləqəbli 40 yaşlı Zahid Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.
Azvision.az