Naxçıvanda vergi proqnozu 120,2 faiz icra edilib
Azərbaycan Respublikasında yeni sığorta pensiya sisteminin qurulması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 162,4 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 150,6 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.
Muxtar respublikamızda özəl sektorun inkişafına dair bir çox əhəmiyyətli proqramlar qəbul edilib, sahibkarların normal və sərbəst fəaliyyəti üçün mühüm işlər görülüb, xüsusilə rayonlarda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Belə ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə oktyabr ayında 3 kommersiya hüquqi şəxs və 335 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 70,4 faizi muxtar respublika rayonlarının payına düşüb. Bütün bu müsbət nəticələr dövlətimizin özəl sektora göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir.
Azvision.az