Bakı Fond Birjasında növbəti hərrac keçirilib

  06 Noyabr 2019    Oxunub : 685
Bakı Fond Birjasında növbəti hərrac keçirilib
Noyabrın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103176S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 664 milyon 86 min 300 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib.

Notlar dekabrın 5-də ödəniləcək.

Azvision.az

Teqlər: Birja   Hərrac