İrandan Azərbaycana narkotik keçirmək istədi - FOTOLAR
Sorğu-sual zamanı o üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun üzərində olan qara rəngli gödəkcənin hər iki cibindən, gömrük nəzarətinə bəyan olunmayan 20 ədəd “Tramadol 100” həbləri aşkar edilib.
Daha sonra avtomobilə “Maylo” ləqəbli kinoloji xidməti itin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı isə xidməti it avtomobilin kabina olan hissəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Yoxlama zamanı avtomobilin kabinindən malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 7 ədəd müxtəlif ölçülü plastik qablarda, ümumi çəkisi 2532 qram olan narkotik vasitə olan heroin, 3144 qram tiryək, 373 qram psixotrop maddə-metamfetamin, 30 ədəd FM 40 nişanəsi olan metadon adlı həb və 0,575 litrlik qabda metadon məhlulu aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, tramadol isə Azərbaycan Respublikasında "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Azvision.az