Evdə köməksiz qalan şəxs xilas olundu

  10 Noyabr 2019    Oxunub : 695
Evdə köməksiz qalan şəxs xilas olundu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Azvision.az

Teqlər: FHN   Mənzil   Köməksiz