Gəncədə 30 yaşlı kişi qətlə yetirilib

 Gəncədə 30 yaşlı kişi qətlə yetirilib
  11 Noyabr 2019    Oxunub:4527
Gəncə şəhərində qətl törədilib.
Azvision.az xəbər verir ki, hadisə gecə saatlarında Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

M.Əliyevin Gəncədə valyuta mübadilə məntəqəsi işlətdiyi məlum olub. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: Bıçaqlanma   Gəncə  





Xəbər lenti