“Neft Fondundan büdcəyə transfertlər azaldılmalıdır” - Deputat
Onun sözlərinə görə, neft bumu dövründə Dövlət Neft Fonduna il ərzində 20 milyard dollar vəsait daxil olub: “Gələn il bu vəsait 7 milyard dolların ətrafında olacaq. Buna görə də Dövlət Neft Fondundan götürülən vəsaitin bu səviyyədə saxlanılmasını vacib hesab etmirəm. Çünki, gələn il Dövlət Neft Fondundan götürülən vəsait onun gəlirlərinin 92 faizini təşkil edəcək. Bu, həddən artıq böyük rəqəmdir. Neft Fondundan götürülən vəsaiti azaldılması istiqamətində addımlar atılmalıdır”.
Ə.Məsimli qeyd edib ki, regionları bu prosesə cəlb etməklə, onların potensialından istifadə etmək lazımdır: “Məsələn, Şəkidə sənaye məhəlləsi qurmaqla onlarla yeni struktur yaranacaq. Bununla da 600 min əhalisi olan Şəki-Zaqatala zonasını iqtisadi fəallığını artırmaq olar. Bu, həyat səviyyəsinin yüksəlməsinə şərait yaradar”.
Anar Kəlbiyev
Azvision.az