Zərdabda narkotik alverçiləri saxlanılıb

Zərdabda narkotik alverçiləri saxlanılıb
  13 Noyabr 2019    Oxunub:2800
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan M.İsmayılzadənin Məlikli kəndindəki evindən əlavə olaraq 420 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən tədbirlərlə M.İsmayılzadəyə narkotik vasitəni satmaqda şübhəli bilinən Məlikli kənd sakini S.Qurbanov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

S.Qurbanovun evindən isə 1 kiloqram 234 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti