“Cesi” gömrükdə 4000 siqaret tapıb

  13 Noyabr 2019    Oxunub : 1173
“Cesi” gömrükdə 4000 siqaret tapıb
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “BMW 528i” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra “Cesi” ləqəbli kinoloji xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin oturacaqların arxasında 4000 ədəd “King” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK