Yevlaxın su və kanalizasiya sistemləri yenilənəcək

Yevlaxın su və kanalizasiya sistemləri yenilənəcək
  13 Noyabr 2019    Oxunub:2759
Prezident İlham Əliyev “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Yevlax   Sərəncam  





Xəbər lenti