Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
  13 Noyabr 2019    Oxunub:1417
Noyabrın 6-dan 8-dək ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları iştirak ediblər.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, forumun məqsədi ABŞ-ın iri kənd təsərrüfatı ştatlarından olan Oklahomanın aqrar sahədə fəaliyyət göstərən iş adamları ilə Azərbaycanın sahibkar və fermerləri arasında əməkdaşlıq, idxal-ixrac potensialının artırılması, heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, məhsuldarlığın artırılması ilə bağlı tətbiq edilən yeni metodlarla tanışlıq, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələlərini müzakirə etməkdən ibarət olub.

Forum çərçivəsində Agentlik əməkdaşları bir sıra işgüzar görüşlər keçiriblər. Belə ki, peşəkar aqrobiznes rəhbərləri ilə keçirilən görüşlərdə AQTA-nın fəaliyyəti, qida təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib, qida təhlükəsizliyinin müxtəlif sahələrinə qarşılıqlı investisiyaların qoyulması və təcrübə mübadiləsinə şəraitin yaradılması, Oklahoma ştatında təsərrüfatların idarə olunması, tənzimlənməsi və inkişaf etdirilməsi üçün tətbiq olunan qaydalar, potensial quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, heyvanların identifikasiya sisteminin öyrənilməsi, laboratoriya analizlərinin, elmi tədqiqatların aparılması, idxal-ixrac imkanlarının nəzərdən keçirilməsi, müştərək təlim-tədris proqramlarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Forumun “Laboratoriyalar və heyvanların identifikasiyası, qeydiyyatı sistemi, bu sistemin heyvan sağlamlığının təmin edilməsində rolu” sessiyasında Agentlik əməkdaşı çıxış edib, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, sualları cavablandırıb.

Forum çərçivəsində Oklahoma Dövlət Universitetinin rəhbərliyi ilə də görüş keçirilib və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Azvision.az



Teqlər: AQTA   ABŞ  





Xəbər lenti